作词 : Sabir Rüstəmxanlı
作曲 : Tərlan Məmmədhüseynov/Elçin Cəfərov
Gözün aydın, ey ana vətən
Şəhidlərin batmadı qanın
Zəfər çaldın bu savaşda sən
Qalib adın gəzdi cahanı
Uca dağlar boyandı nura
Gur bulaqlar nəğmə söyləyir
Yollar boyu açıldı güllər
Ay-ulduzlu bayraqlar qoşa
Xaribülbül qalxıbdır təzə-tər
Bayram edir cəngiylə Şuşa
İgid əsgər, ağ olsun üzün
Sağ ol – desəm, az olar sənə
Azad edib torpaqları
Fərəh verdin millətinə
Mən bir millətəm, tarix yazan
Zəfərim dillərə dastan
Dursa qarşımda bütün cahan
Vermərəm öz torpağımdan
Mən bir millətəm, tarix yazan
Şanlı qələbəm çıxmaz yaddan
Bir ağızdan deyək hər an
“Yaşasın Azərbaycan!”
Millətimiz haqq yolçusu
Haqqın üzü dönən deyil
Bayrağımız üçrənglidir
Yüksəldisə...
Yüksəldisə, enən deyil
Bu bayraqda ölməz ruhum
Həm keçmişdir, həm gələcək
Yurdumuzun hər nəğməsi
Ay-ulduzla yüksələcək
Mən bir millətəm, tarix yazan
Zəfərim dillərə dastan
Dursa qarşımda bütün cahan
Vermərəm öz torpağımdan
Mən bir millətəm, tarix yazan
Şanlı qələbəm çıxmaz yaddan
“Yaşasın Azərbaycan!”
Mən bir millətəm, tarix yazan
Zəfərim dillərə dastan
Dursa qarşımda bütün cahan
Vermərəm öz torpağımdan
Mən bir millətəm, tarix yazan
Şanlı qələbəm çıxmaz yaddan
Qoy bir ağızdan deyək hər an
“Yaşasın Azərbaycan!”

热门推荐| 1 | |
|---|---|
| 2 | |
| 3 | |
| 4 | |
| 5 | |
| 6 | |
| 7 | |
| 8 | |
| 9 | |
| 10 |