作词 : Məhəmməd Isgəndərov
作曲 : Sərxan Isgəndərov
Onun nəyi var
Bəlkə yaralı ürəyi var
Onun nəyi var
Bu gedişin axı dönməyi var
Onun nəyi var
Bəlkə yaralı ürəyi var
Onun nəyi var
Bu gedişin axı dönməyi var
Onun nəyi var
Say barmaqlarını, de, nəyi var
Onun nəyi var
Səni çəkə bilən özünə, de, nəyi var
Qeyb oldum, xəyallarla itdim
Oldum tanınmaz
Mən onsuz əvvəldən də bilirdim
Hisslərim yanılmaz
Bu sevgi qaranlıqdan da qara daha
Ağ rəngi olmaz
Bu qədər olanlardan sonra düşünürəm
Bizdə alınmaz
Amma axtarmağına məni qarşı deyiləm
Narahat ol məndən, yaxşı deyiləm
Dəyişsən də özün, baxışın eynən qalsın
Mənim ümidimi üzmə
Qeyd olan qəlbdən itən bədənlər
Bir şəhər dolusu sevib gedərlər
Getmək üçün yanan neçə nədənlər var
Sən də de səbəbini
Nəyi var
Bəlkə yaralı ürəyi var
Onun nəyi var
Bu gedişin axı dönməyi var
Onun nəyi var
Say barmaqlarını, de, nəyi var
Onun nəyi var
Səni çəkə bilən özünə, de, nəyi var
Nəyi var
Nəyi var
♪~♪
Olmaz
Məni yanına qədər yorma
Axı bizə bağlıdır yollar
Yenə mən uduzan axı sonda
Yenə mən uduzuram, olmaz
Gəl ürəyim unut onu, nə olar
O daha xoşbəxtdir orada
Axtarma, özünü yorma
Ondan
Nə xəbər, nə bir səs
Nə duman var
Nə bir yol, nə ümid
Nə zaman var
Nə dəniz, nə gəmi
Nə liman var
Nə səbəb, nə yalan
Nə inam var
Nə xəbər, nə bir səs
Nə duman var
Nə bir yol, nə ümid
Nə zaman var
Nə dəniz, nə gəmi
Nə liman var
Mənə de bilim, onun məndə olmayan
Nəyi var
Bəlkə yaralı ürəyi var
Onun nəyi var
Bu gedişin axı dönməyi var
Onun nəyi var
Bizi iki yerə bölən axı nəyi var
Onun nəyi var
Onun nəyi var
Nədir bilim, onun məndə olmayan
Nəyi var
Nəyi var

热门推荐| 1 | |
|---|---|
| 2 | |
| 3 | |
| 4 | |
| 5 | |
| 6 | |
| 7 | |
| 8 | |
| 9 | |
| 10 |