作词 : Pünhan Əliyev
作曲 : Pünhan Əliyev
Bilirsən? Sənə şans verilmişdi, amma sən heç düşünmədən addım atdın. Nəticələri bilirsən. Çox danışmağa ehtiyac yoxdu. İndi isə gəl, gözlərini bağlamalıyam.
Axı mənə sonun heç bir halda belə olmayacağını demişdilər.
Hahaha! Sən onlara bu qədər inanırsan?
Mən sadəcə hər şeyin belə tez bitəcəyini düşünmürdüm.
Bağışla, ancaq sənin üçün artıq geriyə yol yoxdu!
Plan qurulub günəş verir hüzur,
Süxurların arasına işıq edir zühur.
Mələklər yolunu azıb yeraltından çıxır,
Cənnət bağından qovulan insanlarda qüsur
Göyün yeddinci qatına insan oğlu çıxıb
Görsün kainatın rəsmi necə cızılıb.
Mənim bir neçə günlərdi qarışıqdı yuxum.
Ya batım, ya çıxım, ya batım, ya çıxım!
Bu adam almaz kimi parıldayır ulduzların arasında.
Bu adam almaz kimi parıldayır ulduzların arasında.
Dünyanın yükünü daşıyıram indi gözümün qarasında.
Bu adam almaz kimi parıldayır ulduzların arasında.
Küncə keçmiş tanrıların çəkilmir ağrıları.
Aylardı irəliləyirik hədəfə aram-aram.
Qancıqlar danışır, amma heç birin tanımadım.
O qədər problem var ki, beyində tar-maram.
Tərəzi gözünə həqiqət ağır gəlir,
Mənə ehtiyacın olanda çağır gəlim.
Soyuq münasibət göstərən adam
Bir vaxtlar kimlərinsə gözünə fağır gəlib.
Yaşadığım duyğulardı çevirib tərsə məni.
Şeytan qulaqlarıma pıçıldayır fəlsəfəni.
Günəş altda gözləyirik açılmağın səhərin.
Razı deyilik, amma yaşayırıq bir təhər.
Gözünü aç! Ətrafa bax! Alınıb hər şey əlimizdən.
Qara şəhərdə pulların təri axır indi alın dərimizdən.
Seçim etməyə bir neçə şansımız var, amma yolumuz cibimizdən keçir
Və dönmədik yoldan, seçmədik asanı, musiqi beynimizdə.
Sərhəd var arada, bizi bilənlər gələcək izimizdən ki,
Bu işi nə üçün edirik görəcək, indi parıltı gözümüzdə.
Bəlkə də bu qədər riskə dəyməz, amma ki deyiləm eyni.
Fərqi yoxdu baxış bucağının, çünki prizma özümüzdə.
Verməmisən, verməmisən sualları
Hara gedir bəs dualar?
Etməmişəm, etməmişəm duaları
Mənim çoxdu suallarım, mənim çoxdu suallarım,
Mənim çoxdu suallarım, mənim çoxdu suallarım...

热门推荐| 1 | |
|---|---|
| 2 | |
| 3 | |
| 4 | |
| 5 | |
| 6 | |
| 7 | |
| 8 | |
| 9 | |
| 10 |